• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1208
— 24.09.2020 16:29

"Asan qatar” Şəmkirdə

KepezTV Player

“ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz edilən səyyar “ASAN qatar” yenidən Şəmkir rayonunda fəaliyyətə başlayıb.  Dəllər Dəmir Yolu Stansiyasında dayanan qatar bu rayonla yanaşı ətraf şəhər və rayonların sakinlərinədə xidmət göstərir.  

Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri də olmaqla, 4 vaqondan ibarətdir. “ASAN qatarın” fəaliyyəti zamanı karantin rejimi qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir.  Vətəndaşlar 4 dövlət orqanı  ilə yanaşı yardımçı xidmətlərdən yararlanır. Onlar tərcümə və tibb xidmətidir.

Tərlan Mirhəsənli baş mütəxəssis: Tərcümə xidmətinədə müraciətlər olunur. Bizdə 15 yaşdan aşağı uşaqlar üçün şəxsiyyət vəsiqəsinin verilməsində qan qrupu boy və göz rəngi lazım olur. Bunun üçündə bizdə tibb xidməti fəaliyyət göstərir.

“Asan qatarın” xidmətlərindən istifadə edən sakinlərin sayında aktivlik müşahidə olunur. Əsas müraciətlər isə şəxsiyyət vəsiqələrrinin verilməsi və dəyişdirilməsi eləcədə notariat fəaliyyəti ilkə bağlı olur. Göstərilən xidmət və operativlik sakinlər tərəfindən razılıqla qarşılanıb.

İlqar Sadıqov sakin:  Gəlmişəm təzə doğulmuş uşağıma vəsiqəm çıxartdım. Məsləhət olundu Asan Xidmətə gəldik.

Yamən Ələsgərova sakin: Kartım itmişdi. Mən çox şadam ki vətənimdə belə xalqa xidmət edən vəətndaşlar var. Mən çox razıyam. İncitmədən bizim verdiyimiz suallara cavab verərək işimizi yerindəcə həll edirlər.

Aytən Sadıqova sakin: Biz Şəmkirdə yaşayırıq. Uşağın vəsiqəsi ilə bağlı gəlmişdik. Çox rahatdır.

Buna qədər Şəmkir rayonuna bir neçə dəfə qatarla və  səfər edən səyyar asançılar yerli sakinlərə çox böyük yardımçı olublar. “Asan qatar” Şəmkirdə bu dəfə ki fəaliyyətinə oktaybarın 2-də yekun vuracaq.

Natiq Hüseyn