• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 24.09.2020 16:25

Dəmir filizi və qızıl yataqları ilə tanışlıq

KepezTV Player

Metallurgiya kompleksində sağlamlaşdırma və inkişaf tədbirlərinin həyata keçirilməsi məqsədilə ölkə ərazisində əlvan metal filizi yataqları ilə bərabər, dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və sahənin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilib. Daşkəsən” dəmir filizi yatağında olan İqtisadiyyat naziri Mikayıl Cabbarov yatağın yerli xammala əsaslanan, idxalı əvəzləyəcək, eləcə də ixrac potensialı olan polad məhsulların istehsalı üçün böyük perspektiv vəd etdiyi vurğulayıb. Filizsaflaşdırma kombinatına da baxış keçirilib. “Çovdar” mədənindən hasil edilən 202 min unsiyadan çox qızıl, 350 min unsiyadan artıq gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına 493 milyon manata yaxın vəsait cəlb olunmasına diqqət çəkib.