• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 23.09.2020 19:59

YUNESKO-nun şəbəkəsinə üzv seçilib

KepezTV Player

YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə yeni üzv seçilən şəhərlərin adları açıqlanıb. 27 ölkədən 55 şəhərin yer aldığı siyahıda qədim elm və mədəniyyət mərkəzi olan Gəncənin də adı var. Yeni üzvlərin adları üzv şəhərlərin nümayəndələrinin iştirak etdiyi video-görüşdə elan edilib. Onlayn görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev də iştirak edib. Video-görüşdə çıxış edən şəhər rəsmisi Gəncənin UNESCO-nun Şəbəkəsinə üzvlüyə layiq görüldüyü üçün minnətdarlığını ifadə edib.

Səməd Tomuyev - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini: YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv olduğumuz üçün məmnunuq. Buna görə çox sevinirik və bunun məsuliyyətli bir iş olduğunu bilirik. Bizi üzv seçdiyiniz üçün minnətdarıq, təşəkkürmüzü bildiririk. 

Gəncə ilə yanaşı Bakı və Qəbələ də YUNESKO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib. Şəbəkəsinin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hal-hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu Şəbəkənin üzvüdür.