• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1188
— 23.09.2020 19:54

146 yeni yoluxma faktı qeydə alınıb

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 39 min 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib. Aktiv xəstə sayı 1822 nəfərdir. Ötən müddət ərzində 1 milyon 73 min 255 test aparılıb. Bugünkü test sayı isə 8780-dir.