• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 23.09.2020 19:30

6 avtomobil toqquşub, ölən var

KepezTV Player

Ölkə yollarında bu gün də qəzalar qeydə alınıb. Yüksək surət həvəsi və qaydalara laqeydlik yenə yola çıxanları peşman edib. İzləyək.

Bakıda Hava Limanı istiqamətində yolun Suraxanı rayonuna düşən hissəsində "Mercedes" markalı avtomobil "Shacman" markalı yük avtomobilinə çırpılıb. "Mercedes"in sürücüsü hadisə yerində ölüb. Baş verən hadisə ilə əlaqədar daha dörd avtomobil zəncirvari qəzaya səbə olub. Belə ki, "VAZ 21015"in sürücüsü toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyoto", "Mercedes" ard-arda toqquşub.

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin M.İbrahimov küçəsində "Mercedes" markalı minik avtomobili ilə traktorun toqquşması nəticəsində minik avtomobilinin sürücüsü ölüb. Həmçinin minik avtomobilinin bir neçə sərnişini ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Sabunçu rayonu Zabrat qəsəbəsində iki avtomobilin toqquşması zamanı 46 yaşlı Zemfira İsmayılova xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin əziyi diaqnozu qoyulub.

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Ərəbqardaşbəyli kəndində 46 yaşlı Sahilə Babayeva yolda dayanan zaman onu “Jiquli” markalı avtomobil vurub. Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.