• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2322
— 23.09.2020 16:27

Gəncə Dövlət Dram Teatrı yeni mövsümünü tamaşaçısız açıb

KepezTV Player

Gəncə Dövlət Dram Teatrı 126-cı mövsümünü açıb. Mövsümü açılış teatrının ikinci səhnəsi olan Nizami Poeziya teatrında açıq havada baş tutub. Tamaşaçısız açılan mövsüm yerli yazar Xəzangül Hüseynovanın “Xərabət gözəli” əsəri ilə başlayıb. Tamaşaçının onlayn izlədiyi tamaşada Azərbayacanın qadın şairəsi, 900 il bundan əvvəl yaşayıb-yaradan Məhsəti Gəncəvidən bəhs olunur. O dövrün Gəncə tarixi, o dövrün problemlərinin müasir zamanla əlaqələndirilməsi tamaşada yer alır. Quruluşçu rejisoru Elşad Əhmədov olan bu səhnə əsərinin rəssamı Vahab Cəfərov, musiqi tərtibatı isə Tünzalə Mustafayevaya məxsusdur.  Tamaşada Günay Cabbarova, Ruslan Həsənov, Emin Salmanov, Sevinc Hüseynova, Könül Kazımova və digər gənc aktyorlar səhnəyə çıxıb. Xranometrajı 1 saat 15 dəqiqə olan  “Xərabət gözəli” ilk dəfədir Nizami Poeziya teatrının səhnəsində nümayiş olunub.

Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru: Poeziya teatrı 1979-cu ildən ictimai əsaslarla fəaliyyətə başlayıb. 90-cı illərdən dövlət statusu alıb. O dövrdən indiyə kimi Nizami Gəncəvi irsinin təbliğ üçün səhnə teatrı olub. 2008-ci ildə isə teatrlar arasında gedən reforma ilə bağlı Poeziya teatrı da Gəncə Dövlət Dram Teatrına daxil oldu. Teatrın ikinci səhnəsi kimi mütamadi olaraq fəaliyyət göstərir. İldə bir tamaşanın burda oynanılması nəzərdə tutulub.

Elşad Əhmədov - tamaşanın rejissoru: Qapalı məkandan açıq səma altına adaptasiya olundu. Bunun da öz çətinlikləri var. Həm texniki həm də yaradıcı insanların bu abuhavaya alışması biz də çətinlik yaratsada amma aktyorlara, texniki personala təşəkkür edirəm ki, bu çətinlikləri biz qarşıladıq.

Günay Cabbarova - aktrisa: Mən Məhsəti Gəncəvi obrazını yaradıram. Ağrı, acı eləcədə Əmirəhmədə qarşı sevgi də var. Məhsəti Gəncəvini Gəncədən sürgün edirlər. Amma buna baxmayaraq bunların sevgisi qalib gəlir.