• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1105
— 23.09.2020 12:20

Niyazi Bayramov vətəndaşların müraciətlərini onlayn qaydada dinləyib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun vətəndaşlarla növbəti onlayn formada görüşü baş tutub. Karantin rejimi ilə əlaqədar zoom proqramı vasitəsilə həyata keçirilən qəbulda vətəndaşlar onları narahat edən məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Əsasən işlə təminat, fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin sənədləşməsi, torpaq sahəsi ilə təminat, xəstəliklə əlaqədar olaraq müalicə və digər məsələlər qavardılıb. Həlli yerində mümkün olan şikayətlər dərhal yoluna qoyulub, nəzarətə götürülən bəzi müraciətlərin araşdırılaraq həll olunması istiqamətində yaradılan xüsusi komissiyaya göstəriş verilib.