• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 22.09.2020 20:55

Covid-19-a bənzər meyvələr

KepezTV Player

Parkda əkilən dekorativ bitki meyvəsi ilə Mingəçevir sakinlərini təccübləndirib. Sözügedən ağacın gətirdiyi bar, Covid 19-un molekul fotosuna bənzəyir. 

Qırmızı sulu meyvəsi olan dekorativ bitki, təxminən 5 il öncə Mingəçevirin 20 yanvar küçəsindəki “Güllü bağ” deyilən ərazidə əkilib. Parkda əkilən ağac bu il ilk dəfə olaraq koronovirusun molekul fotosuna bənzər meyvə gətirib.

Esmira Hidayətova şəhər sakini:Biz bu ərazidən tez-tez gəlib keçirik. Bu bəzəkli ağacı da gördük marağımıza səbəb oldu. Yaxınlaşanda gördük ki, bu koronovirusun embileminə bənzəyir. Hamı baxır, uşaqlar meyvəsini əllərinə götürürlər. Adamın əlinə rəngidə çıxır,çox maraqlı bir şeydi. İstərdik ki, bu araşdırılsın öyrənək görək bu nədir.

Mingəçevir şəhər Yaşıllaşdırma, Sanitar və Təmizlik İdarəsinin baş mütəxsisi Bayram Tağıyev son günlər bu bitkinin sakinlərin diqqətini çəkdiyini deyir. Sakinlər mütəmadi olaraq dekorativ ağacla maraqlanırlar.

Bayram Tağıyev baş mütəxəssis: 2015-ci ildə yaşıllıq məqsədi ilə əkilib. Hazırda ilk dəfə olaraq meyvəciklər gətirib. Meyvəciklərin kənarından isə koronovirusun embileminə bənzər çıxıntılar əmələ gəlib. Bu da şəhər sakinlərinin marağına, hazırda koronovirus yayıldığı bir zamanda çox maraqlıdı. Hər gün sakinlər gəlib bu ağacla maraqlanır.

Mütəxəssislər bildirir ki, koronavirus qədər təhlükəli olmayan bitkinin vətəni virusun ilk yayıldığı ölkə olan Çin və Yaponiya hesab edilir. Kağız ağacı adlanan bitki parklarda daha çox əkilir. Meyvəsi yeyilmir. Bioloq Rafiq Qasımov kağız ağacının əslində yararlı bitki olduğunu, onun meyvəsindən və liftlərindən kağız və rəng alındığını bildirir.

Rafiq Qasımov bioloq: Meyvəsinin xüsusi özəlliyi ondan ibarətdir ki, meyvəsi öz quruluşuna görə, koronavirusa bənzədiyinə görə, insanların diqqətini daha çox cəlb etmişdir bu məqsədnən. Meyvəsi şirəli meyvədi, əsasən bu bəzək bitkisi kimi istifadə olunmasına baxmayaraq, onun cavan budaqlarınan boru şəkilli liftlərindən parça tikimi, parça, kağız istesalında istifadə edilir. Elə məhz adı burdan götürülərək kağız ağacı adlandırlılır.

Hündürlüyü 12 m-ə çatan sıx çətirli ağac adətən may ayında çiçəkləyib sentyabrda meyvə gətirir.

Nərmin İbrahimova