• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 22.09.2020 20:51

Alınan mal qaytarılır da, dəyişdirilir də!

KepezTV Player

“Alınan mallar geri qaytarılmır” eşidənlərin və bu kimi yazıları mağazalardan asanların diqqəti bizdə olsun. Çünki islehlakçının aldığı mal yararsız olarsa və onu qaydalara uyğun şəkildə qaytarmaqla bağlı nazarılıq yaransa, qarşı tərəfi cərimə gözləyir. Bəs bu hal nə vaxt baş versə cəza tədbirləri həyata keçirilir və nə qədər cərimə nəzərdə tutulur? Bu haqda qarşıdakı süjetdə

Gündəlik alış-verişdə rəflərə və mağazaların şüşələrinə vurulan alınan malların geri qaytarılmaması ilə bağlı lövhələrə tez-tez rast gəlirik. Ancaq bu yazılar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna tamamilə ziddir. Təbii ki, obyektlərin əksəriyyətində zay malın qaytarılmasında çətinliklər olmasa da, belə vəziyyətlə üzləşib, aldığını nəinki qaytara, heç dəyişdirə bilməyənlər də var.

Arif Məmmədov alıcı:15 gün qabaq şalvar aldım. Evdə bəyənmədilər. Gətirdim qaytarmağa. Onda şalvarı qaytarmadılar.

Arzu Allahverdiyev alıcı:Elə olub ki, bahalı mallar almışam. Əynimə olmayıb, bəyənməmişəm. Aparmışam ki, qaytarım. Qaytarmayıblar.

Qaytarmaq və ya dəyişməməklə özünü haqlı hesab edənlərlə lə yanaşı İqtisadiyyat Nazirliyinin qoyduğu tələblərə riayət etməyə çalışanlar da yox deyil. Hətta bununla bağlı qanunda nəzərdə tutulan qaydalar və cərimələrdən xəbərdar olanlar da var.

Vüsal Cəfərov satıcı:Bizdə elə mallar yoxdu ki, alsın qaytarılmasın. Qaytarılır. Necə? Aldın olduğu kimi 1 aydan, 1 ildən sonra gətir bizə fərq etmir. Yox əgər apardın qırdın və ya çirkləndirdinsə onu kim qaytarar. Cərimələri var. Əlbəttə ki, alıcıların hüquqları qorunur. Gəlib deyirlər ki, əgər mal ger qaytarmaqla bağlı şərtlərə əməl etməsəz cərimələnəcəksiz.

Alı Məmmmədov satıcı:Çox müştərilərimizdə belə olur. Amma biz də bacardığımız qədər kömək edirik. İqtisadiyyat nazirliyinin göstərişlərini yerinə yetiririk. Problem yaratmırıq. İndi də məktəb mövsümüdü. Düzdü çox olur bir həftə, on gün gecikməylə də olsa aparırlar. Biz də onları başa düşürük. Pandemiya dövrüdür, onları anlayırıq. Əlimizdən gələn köməkliyi edirik.

Əlbəttə ki, bütün məhsullar geri qaytarılmır. Qanunvericiliklə qızıl və qızıl məmulatları, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarlarının qaytarılması və dəyişdirilməsi qadağandır. Bəs alınan mal nə zaman və necə qaytarıla bilər?

Günel Bəhramqızı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi: Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə və s. səbəblərə görə alıcıya yaramırsa və ya təyinatı üzrə istifadə oluna bilmirsə, istehlakçı həmin malı alınma günü sayılmamaq şərtilə, 14 gün ərzində digər lazımi keyfiyyətli mala dəyişdirmək hüququna da sahibdir. Bu zaman mal əmtəə görünüşünü, istehlak xassələrini, plombu, yarlığı alındığı kimi saxlanılmaqla, həmçinin kassa çeki və ya mal alınan zaman verilən digər sənədlərlə birlikdə satıcıya təqdim olunmalıdır.

Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.

Günel Bəhramqızı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mağaza sahiblərini qanunvericiliyin tələblərinə əməl etməyə, istehlakçıların qanunvericiliklə qorunan hüquqlarını pozmamağa çağırır, belə hallar müəyyən ediləcəyi təqdirdə onlara qarşı qanunvericiliyə uyğun olaraq ciddi məsuliyyət tədbirlərinin həyata keçiriləcəyini bildirilir.

Satılan malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə cərimə də nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə əsasən mağaza sahibi 600 manatdan 900 manatadək məbləğdə cərimələnə bilər.