Bu gün payız Azərbaycana qədəm qoyub. Payızda aktual olan məsələrdən biri də mövsümi xəstəliklərdir. Hansı ki, təhsil müəssisələrində, idarə və təşkilatlarda bəzən bu səbəbdən onlarla insan işdən geri qalır. Lakin məsələ yalnız bununla bitmir. Səhv diaqnoz və ona əsasən aparılan müalicə bəzən hansısa xəstəliyi daha da ağırlaşdırır. Bəs, nə etməli? Mövsümi xəstəliklərə yoluxmamaq üçün hansı qabaqlayıcı tədbirlər görməliyik?
Elə ki, payız gəldi, havalar soyudu boğaz ağrısı və qrip sağlamlığımıza qənim kəsilir. Kimsə belə məqamlarda məsələnin həllini türkə-çarədə görür, kimsə də aptekə üz tutur.
Türkə-çarə yoxsa, dərmanlar? Sizcə, ansı daha effektivdir?
Fəsil dəyişkənliyi immunitetimizdə müəyyən dalğalanmalara səbəb olur və həmin dönəmlər xəstəliklərə yoluxma riskimiz birə-beş artır. Səhhətimizi yaxşılaşdırmaq məqsədilə qəbul etdiyimiz vasitələrdən nizamsız istifadə isə bəzən orqanizmimiz üçün təhlükə mənbəyinə çevrilir. Elə bu qəbildən olan lazımsız dərman preparatları, xüsusilə antibiotiklər kimi.
Şəhla Verdiyeva terapevt: Aptekdən alınan dərmanlar diaqnoz qoyulmadan əksinə daha da mövcud vəziyyətin pisləşməsinə və yaxud da gərəksiz müalicəyə səbəb ola bilər. Türkə-çarələr isə sağlam qida və bol maye qəbulu, vitaminli qida və idmanla özünü məhdudlaşdırsa yaxşı olar. Tanımadığımız, bilmədiyimiz otları dəmləyib içmək bəzən nəinki fayda vermək, əksinə böyrək çatışmazlığı, qaraciyərdə problem olan insanlar üçün təhlükəli ola bilər.
Bəs görəsən, soyuqdəymə, qrip kimi mövsümi xəstəliklərin ələlxüsus payız aylarında yayılmasının əsas səbəbi nədir? Respondentlər sözügedən vəziyyəti nə ilə əlaqələndirirlər?
Sizcə payızda insanlar arasında bu xəstəliklərin belə çox yayılmasının əsas səbəbi nədir?
Şəhla Verdiyeva terapevt: Payız aylarında küləyin artmasıyla həm allergik həm də viral xəstəliklərə rast gəlinir. Bunu bəzən viral infeksiyalarla qarışıq salırlar. Erkən tədbir görməyə başlayırlar.Əgər mövsüm dəyişikliyi zamanı tez-tez xəstələnir, infeksiyalara yoluxuruqsa bu zaman mütləq həkim mütəxəssisin yardımını almaq lazımdır. Səbəb aydınlaşdırılmalıdır, niyə müqavimətimiz bu qədər zəifdir. Ehtiyac varsa müqavimətimizin bərpası üçün çatışmayan mikroelementlər yerinə qoyulmalıdır, qışa sadəcə belə hazırlıq görmək lazımdır.
Beləliklə hansı nəticəyə gəldik?! Biz çoxlarının düşündüyü kimi havalar soyuq olduğu üçün yox, immunitetimizin zəif olması səbəbindən xəstələnirik. Məhz buna görə çalışaq orqanizmimizi gücləndirək ki, onun bütün xəstəliklərə qarşı müqaviməti artsın. Necə? Çox sadə. Bol maye qəbulu, sağlam qidalanma, düzgün geyim seçimi və həyat tərzi ilə..
- Baxış: 303