• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2509
— 22.09.2020 20:36

Uşaqlarını məktəbə buraxmayanlar

KepezTV Player

Övladlarının məktəbə gəlməsini istəmiyən valideynlər bu məsuliyyəti öz üzərinə götürərək yeni tətbiq olunan qayda ilə iltizam sənədini imzalayırlar. Təhsil Nazirliyi yaydığı məlumata görə Respublika üzrə ümumilikdə ibtidai təhsil səviyyəsi üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin valideyni övladlarının məktəbə getməsini məqbul saymır. Gəncədə isə  74 valideyn övladının əyani şəkildə dərsdə iştirakına qarşıdır.

Övladlarını məktəbə yola salan valideynlər məktəbin həyətinə daxil olmurlar. Hər bir şagird isə məktəbin həyətinə daxil olduqda sonra sosial məsafə qorunmaqla görüdüyünz kimi bu qayda ilə düzülürlər.

Sentyabırın 15-dən başlayan yeni tədris ilinin qaydaları bunu diqtə edir. Hər bir müəllim təhsil ocağının həyətində ara məsafəsi saxlamaqla öz şagirdlərini sayını yoxlayır. Daha sonra isə tibb işçiləri tərəfindən şagirdlərin hərarətləri ölçüldükdən sonra əlləri spirtlənərək sinif otaqlarına keçirlər.

Anar Verdiyev şagird: Cərgələrə düzülürük, hərarətimizi ölçürlər. Partalarda tək-tək otururuq. Əlimiz spirtləyirlər.

Rəna Verdiyeva tibb bacısı: Biz uşaqların temperaturunu ölçürük, əlləri spirtlənir, ara məsafəsi saxlanılmaqla siniflərə buraxılır. Sonra isə siniflərdə onları yoxlayırıq. Sentyabırın 15-dən indiyə kimi yoxlamalar vaxtı nə xəstə uşaq, nə də ki, temperaturu yuxarı olan uşaq qeydə alınmayıbdır.

Sədaqət Xəyyamova müəllim: Səhər saat 8 yarısı məktəbdə oluruq. Uşaqlarımızı qəbul edirik. Sosial məsafə gözlənilərək uşaqlar damaların üzərində düzürük və sonra sinfə aparırıq. İki nəfərimiz distant təhsilə keçibdir. Məktəbə gəlməyə razı deyil.

Koronavirus xəstəliyi ilə bağlı olaraq övladının tədris prosesində əyani şəkildə iştirakından imtina edən valideynlər isə iltizam sənədini imzalayır. Valideyn sənəddə yazılan şərtləri oxuduqdan sonra adını, soyadını, ünvanını və digər məlumatları qeyd edərək imza atır.

Raminə Məmmədova Təhsil İdarəsinin məsləhətçisi: Mütmadi olaraq Gəncə şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümum təhsil məktəblərində yoxlamalar həyata keçilir. Bununla bağlı bizdə komissiya da fəaliyyət göstərir. Komissiyanın üzvləri məktəblərdə qaydaları nəzarətdə saxlanılır. Gəncə şəhər Təhsil İdarəsinə 74 iltizam sənədi ilə müraciət olunubdur. Valideynlər övladlarının məktəbə gəlməsini təhlükəli hesab etdikləri üçün müstəqil şəkildə onların öyrənməyi daha uyğun hesab etdiklərinə görə bu iltizam sənədləri imzalanır və məktəb rəhbərliyinə, ordan da təhsil idarəsinə təqdim olunur.

Elnurə Yusifova 16 № məktəbin direktoru: Məktəbimizdə 2655 şagird təhsil alır. Onlardan 750 şagirdimiz ibtidai sinif şagirdləridir. Bizdə valideynlərə iltizam ərizələri təqdim eləmişik. Valideynlərdən 15 nəfəri övladlarının məktəbə gəlməsindən imtina ərizəsi yazıblar. Lakin onlar imtina ərizəsi yazsalar da  övladları onlayn dərslərə cəlb olunublar. Həmin valideynlərin ailəsində pandemiya xəstəliyinə tutulan şəxslər olubdu və o valideynlərində uşaqlarının imutetinin zəif olmasını bizə göstərirlər. Bildirirlər ki, tam uşaqlarımız və ailə üzvlərimiz sağalmıyanacan biz uşaqlarımızı məktəbə gətirməkdən imtina edirik, onlar onlayn dərslərə cəlb olunsunlar.

Ümumilikdə Gəncənin 45 məktəbində 18 minə yaxın şagird ibtidai təhsil alır.

Elnur Vahidoğlu