• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 22.09.2020 16:17

Kənd məktəblərində virusdan necə qorunurlar

KepezTV Player

Ötən gün məktəblərdə müəllim və şagirdlər arasında koronavirusa yoluxma ilə bağlı açıqlanan rəqəmlər təhsil müəssisələrində karantin rejiminin tələblərinə necə əməl olunması ilə balı məsələni gündəmə gətirib. Əməkdaşlarımız mövzunu Şəmkir və Samuxun kənd məktəblərinin timsalında araşdırıb.

Şəmkirdə rayon mərkzəindən fərqli olaraq kəndlərdə şagird sıxlığı o qədər də müşahidə olunmur. Bu səbəbdən də belə məktəblərdə sanitar rejimin tələblərinə uyğun olaraq bölgü aparıb dərs keçmək daha asan hesab edilir və şagirdlər arasında sosial məsafənin qorunması gözlənilir.

Laura İbrahimova müəllim: Biz hal-hazırda dördüncü sinifdə dərs keçirik. Şagird sayı 10 nəfərdir. 10 nəfər olduğuna görə partalarımız təmin edir. Ara məsafəsi düzülüşə uyğun olaraq qorunur. Hər biri arasında ən azı 1 metr 1,5 metr fərq var.

Şəmkir rayonunda fəaliyyət göstərən bütün təhsil müəssiələrində dərslər həm distant, həm də əyani şəkildə aparılır. Hələlik ibtidai sinifləri əhatə edən əyani tədris zamanı sosial izolyasiya qaydalarına nəzarət məktəb  rəhbərliyi tərəfindən aparılır.

Flora Qurbanova məktəb direktoru: 1-3-cü siniflər 1, 3, 5, 2-4-cü siniflər isə 2, 4, 6-cı günlər dərsə gəlirlər. Uşaqlarımızın sayı az olduğundan bizdə iki növbəlilik yoxdur. Yəni uşaqların sayı bir növbə keçməyə imkan verir. Siniflərdə ara məsafəsi gözlənilməklə tədris aparılır.

Samux rayonunun kənd məktəblərində də ibtidai siniflər üzrə dərslər tələblərə uyğun olaraq davam etdirilir. Rayon üzrə bütün məktəblərdə sosial məsafənin qorunması üçün müvafiq tədbirlər həyata keçirilib. Məktəblər dezinfeksiyaedici vasitə və hərarət ölçən cihazlarla təmin olunub.

Nurlana Həsənova məktəb direktoru: 1-4-cü siniflərimiz həftədə üç dəfə əyani, həftədə 3-dəfə isə distant dərslərə cəlb edilir. Şagirldərin giriş qapısında hərarətləri ölçülür, onların müvafiq deinfeksiyaedici məhlullarla əlləri yuyulur, daha sonra sinif otaqlarına buraxılır. 

Samuxun  Sərkar kəndində də qaydalara əməl edilir. Gündəlik olaraq müəllim və şagirdlər prosedur qaydalara uyğun olaraq sinif otaqlarına daxil olurlar.

Afaq Möyləyeva məktəb ditektoru: Məktəb açılandan heç bir hərarətli şagirdlə ratslaşmamışıq. Bütün valideynlərlə söhbət aparılıb və bildirlib ki uşaqlarınızda hərarət, öskürək olarsa məktəbə göndərməyin.

Samux rayon Təhsil Şöbəsindən verilən məlumata görə, dərs ilinin ilk günündə bütün pedoqoji heyət və məktəblərdə çalışan texniki işçilər tibbi müayinədən keçirilib. Müəllim və şagirdlər arasında virus şübhəsi ilə dərsdən yayınma halları qeydə alınmayıb.

Vüsal Cəfərov Samux Rayon Təhsil Şöbəsinin müdir müavini: Sevindirici haldır ki Samux rayonunun ümümtəhsil məktəblərində nə məllimlər, nə də şagirdlər arasında virusa yoluxma halı qeydə alınmayıb.

Məktəblərdə dərslərin gedişinə, eləcə də karantin rejimin tələblərinə gündəlik olaraq rayon təhsil şöbələri tərəfindən yaradılna xüsusi komissiyanın üzvləri nəzarət edir.

Natiq Hüseyn