KepezTV Player
Həssas əhali qruplarına xüsusi qayğı diqqət mərkəzindədir. Bu gün daha 14 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Onlardan 6-sı Naftalanda qeydiyyatda olanlardır. Yaşayış yeri yenilənənlərdən 3-ü şəhid ailəsi, digər yarısı isə Qarabağ müharibəsi əlilidir. Evlər tam təmirli, mətbəx ləvazimatları ilə təmin edilmiş, istilik sistemi və sanitar qovşaqla təchiz olunmuş formada sahibləırinə verilib. Digər 6 ev Ağstafada, 2 ev isə Lerikdə inşa edilərək şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
- Baxış: 414