• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1962
— 19.09.2020 12:24

Qayınata kürəkənini bıçaqlayıb

KepezTV Player

Samuxda kürəkənini bıçaqlayan Qovlarsarı kənd sakini 47 yaşlı Rafael Ələkbərov saxlanılıb. Hadisə qayınata ilə kürəkən arasında yaranan mübahisədən sonra baş verib. Belə ki, 28 yaşlı Vüqar Həsənov sərxoş vəziyyətdə qayınatasıgilə gəlib. Bu zaman onların arasında söz-söhbət olub. Nəticədə Rəfael Ələkbərov kürəkəninə 2 bıçaq zərbəsi vurub.Vüqar qarnın kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.