• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1792
— 18.09.2020 19:33

Ər və arvad bellə döyülüb

KepezTV Player

Abşeron rayonunda döyülmə hadisəsi baş verib. Mehdiabad qəsəbəsində 53 yaşlı Əyyub Tağıyev  və onun həyat yoldaşı, 50 yaşlı Səadət Tağıyeva qonşuluqda yaşayan qadın ilə əlbəyaxa dava ediblər. Bu zaman ər və arvad bellə döyülüb. Yaralılar müxtəlif bədən xəsarətləri ilə 3 nömrəli şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.