• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2514
— 18.09.2020 16:12

"İş başında" yaxalandı

KepezTV Player

Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbiri keçiriblər. "Ağ ölüm"ü yayan şəxs iş başındaca yaxalanıb.

Xaçmaz RPŞ-yə Nərəcan kəndi ərazisində meşəlik sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi bardə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Həyata keçirilən tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Azad Cəbiyev çətənə kollarına qulluq edən zaman saxlanılıb. Sahəyə baxış keçirilib, ümumi çəkisi 140 kiloqram olan 97 ədəd çətənə bitkisi, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 4 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. Azad Cəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.