Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla qanunsuz silahlı dəstələrin tərkibində vuruşan şəxs tutulub. Araşdırmalarla müəyyən edilib ki, Azərbaycan vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşaiyət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriyanın Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib. Müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirak edib. Amil Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib. O, şübhəli şəxs qismində saxlanılıb, cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
- Baxış: 1210