• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 17.09.2020 16:36

"Gəncə paxlavası"nın altından dollar çıxdı

KepezTV Player

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda valyutanın Azərbaycanın gömrük sərhədindən bəyan etmədən və gizli keçirmə cəhdinin qarşısını alıblar.Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bəyan etməyib.Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb. Yoxlama zamanı sərnişinin bel çantasının içərisində "Gəncə paxlavası" yazılan qutunun altından sellofan paketə bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilən 105 min ABŞ dolları aşkar edilib.Faktla bağlı araşdırma aparılır.