• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 860
— 16.09.2020 19:28

Azərbaycan və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər

KepezTV Player

Azərbaycan heç zaman imkan verməyəcək ki, bir qarış da torpağımız erməni işğalı altında qalsın. Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib ki, biz heç zaman Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Bu, Ermənistanın xülyasıdır və yaxın zamanlarda iflasa uğrayacaq. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri zamanı səsləndirdiyi sərsəm fikirlərə münasibət bildirən nazir müavini bunun təxribat olduğunu vurğulayıb.***Bu arada, Xələf Xələfov Azərbaycan və Türkiyə arasında viza rejiminin aradan qalxması və vətəndaşların daha rahat gediş-gəlişi üçün lazımi addımlar atıldığını diqqətə çatdırıb. "Texniki məsələlərin həlli üçün sənədlər hazırlanır və ümid edirəm ki, yaxın zamanlarda praktiki olaraq bu məsələnin həllinə nail olacağıq, vətəndaşlarımız şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə, Türkiyədən də Azərbaycana gedib-gələcəklər” deyə Xələfov vurğulayıb.