• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1272
— 16.09.2020 20:09

Alova qərq olan kənd

KepezTV Player

Təsadüf, müəmma, yoxsa qəsd? Şəmkirin Zəyəm Cırdaxan kəndində mütəmadi olaraq baş verən yanğınlar artıq sakinləri qorxuya da salıb. Növbəti yanğının kimin qapısında alovlanacağının qorxusu bürüyüb camaatı. Ardıcıl baş verən yanğınların izi ilə əməkdaşımız Natiq Hüseyn yollanıb adıçəkilən kəndə. Hansı ki, bu gecəni də yanğınsız keçirməyib.

Yanğınlar silsiləsi bir neçə gün idi səngisə də ötən gecə yenidən baş verib. Sayca 9-cu hadisə zamanı vətəndaşa məxsus xeyli sayda ot bağlaması yanıb. Müəmma doğuran və qorxu yaradan hadisənin ilki isə avqustun 30-na təsadüf edib. Zəyəm Cırdaxan kənd sakini Namiq Tağıyevin gecə saatlarında evinin həyətindəki yardımçı tikili yanıb. Hadisədən 2-3 saat sonra bacısı Təranə Tağıyevaya məxsus ot bağlamarı alova qərq olub. İlk baxışdan bu iki hadisənin bir biri ilə əlaqəli, şəxsi zəmində baş verdiyi təxmin etməyə əsas yaratsa da təxminən 3 gün sonrakı analoji hadisə təxminləri alt-üst edib. Bu dəfə Nargilə Əhmədovaya məxsus yardımçı tiklili və tövlə alov içində olub.

Nargilə Əhmədova - zərərçəkən: Uşaqlar çöldən içəri gəldilər ki, nənə dam yanır. Mən çölə çıxanda gördüm buradan alov qalxır. Uşağa dedim tez matoru vurun. Matoru vurdular yol tərəfdən söndürdük.

Kənddə növbəti yanğın xəbəri Səyyaf Ələmquliyevin evindən gəlib. Bu dəfə də 200 ədəd ot bağlması naməlum şəraitdə və bilinməz kəslər tərəfindən yandırılıb. İki günlük fasilədən sonra sentyabrın 5-də Afilə Mustafayeva məxsus ev, bir gün sonra isə Əziz Məsimovun yardımçı tikilisi və 200 ədəd ot bağlması eyni üsulla yandırılıb.  

Səxavət Kazımov - zərərçəkən: Deməli bunlar bu məhlə tərəfdən gəlmişdi. Məhlə tərəfdən gəlib yandırıb gediblər. Ondan bir gün qabaq rəhmətlik qardaşımın qızının evini yandırdılar. Yataq otağına girib içəriyə od vrumaq istədilər. Onun səhəri gündə bu evi yandırdılar.

Sentyabrın 8-də kənd sakinləri Saleh Rüstəmov və Elşad Məmmədova məxsus təsərrüfatlarda qeydə alınan yanğın zamanı da hər iki şəxsə xeyli miqdarda maddi ziyan dəyib. Gecə saatlarına təsadüf edən növbəti xoşagəlməz hadisə isə Qəzənfər Babayevin həyatyanı sahəsində qeydə alınıb.

Zəyəm Cırdaxan kəndində müəmmalı yanğın hadisəsi son olaraq bu həyətdə baş verib. Naməlum şəxs və ya şəxslər həytədə saxlanılan ot bağlmalarına od vuraraq ərazini tərk ediblər.

Zərərçəkənlərin sözlərinə görə yanğından tez xəbər tutublar və görülən qabaqlayıcı tədbirlər nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Bununla belə 150-dən çox ot bağlması yararsız hala düşüb.

Rəna Babayeva - zərərçəkən: Axşam vaxtı bir də gördük qonşular qışqırır. Biz qonşuların səsinə çölə çıxdıq. Gördük alov göyə qalxır. Qaçdıq keçirtməyə.

Bir-birinin ardınca baş verən 9 yanğın hadisəsi Zəyəm Cırdaxan kəndinin sakinlərini pusquda durmağa vadar edir. İndi sakinlər gecələri evlərini yanğından qorumaqla məşğuldurlar.

Mənzər Həsənova – sakin: Gəlinlər səhərə kimi yatmır. Allah haqqı qorxudan xəstəliyə tutulublar. 10 gündü gah daş atırlar, gah işıq verirlər, gah da fənərlə camaatın gözünə işıq salırlar. Yatmırıq tək biz yox bütün qonşular yatmır.

Zəyəm Cırdaxan kənd icra nümayədələyinindən verilən məlumata görə qeydə alınan yanğın hadisələri ilə bağlı rayon polis şöbəsinə məlumat verilib. Asayiş keşikçiləri bu istiqamətdə intensiv əməliyyat axtariş tədbirləri aparsalar da hələ ki, bi nəticə hasil olmayıb. Yanğınların kim tərəfindən və hansı səbəbdən törədildiyi naməlum olaraq qalır. Bir neçə il bundan əvvəl də Şəmkirin Qaracəmirli kəndində oxşar hadisə yaşanıb. Həmin vaxt kənddə uşaq bağçası və xəstəxana, eləcə də bir neçə həytdə ot bağlamarı naməlum şəraitdə yandırılmışdı.

 

Natiq Hüseyn