KepezTV Player
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən tədbirlərlə, güclü təsir edən maddələri müntəzəm olaraq Rusiyadan gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətirməkdə, satış məqsədi ilə qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və daşımaqda, eləcə də digər hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşları - Emil Əsədov, Şahin Hüseynov, Asif Babayev, Rəşad Hüseynov, Vasif Musayev, Emil Əliyev və Zaur Namazovun qanunsuz əməllərinin qarşısı alınıb. Cinayət başında ifşa olunan şəxslərin idarə etdikləri avtomobillərə və yaşadıqları mənzillərə keçirilən baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsir edən maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.
- Baxış: 1222