• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 16.09.2020 16:11

Bələdiyyə sədri 3 min manat cərimələnib

KepezTV Player

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Xəzər və Abşeron rayonları ərazilərində reydlər keçiriblər.&nbsp;Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən donuzçuluq fermasının yaxınlığında sənaye tullantılarının yandırılması faktı aşkar edilib. Bakı şəhər sakini N.Salmanov barəsində protokol tərtib edilərək 600 manat məbləğində cərimələnib.<br>Abşeron rayonunun Hökməli qəsəbəsində isə məişət tullantılarının qalaqlanması aşkarlanıb. Bələdiyyə sədri R.Orucov barəsində protokol tərtib edilərək 3.000 manat məbləğində cərimələnib.