• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2216
— 16.09.2020 12:11

Şəmkir sakini həbs edilib

KepezTV Player

Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən Dəllər qəsəbəsində ayrılan torpaq sahəsində şəhid Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil, Minayə Abbasova üçün tikilən fərdi yaşayış evini qəsəbə sakini Edqar Osmanov sökərək, həmin ərazidə məscid tikdirəcəyini iddia edərək öz hüquqazidd əməllərini çəkərək bir sıra sosial şəbəkələr və xəbər saytlarında paylaşıb. Bu barədə rayon İcra Hakimiyyətindən Polis Şöbəsinə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının Osmanovla izahedici-profilaktiki söhbət aparılmasına baxmayaraq o, polisin qanuni tələblərinə tabe olmayaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək qanunsuz əməllərini gələcəkdə də davam etdirəcəyini bildirib. Buna görə də saxlanılaraq RPŞ-yə gətirilib və barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəminin qərarı ilə Osmanov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.