• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1211
— 16.09.2020 11:59

İmtahanın 2-ci mərhələsinin vaxtı

KepezTV Player

Sentyabrın 18-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, namizədlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər. İmtahanın II mərhələsində iştirak etmək üçün 601 namizəd qeydiyyatdan keçib. Onlardan 415 nəfəri qız, 186 nəfəri oğlandır. 562 namizəd Azərbaycan bölməsinin, 39 namizəd rus bölməsininməzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır.