• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2184
— 15.09.2020 20:22

DİN Avropa Liqasının oyunu ilə bağlı açıqlama yaydı

KepezTV Player

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, AFFA və "Neftçi" klubu UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu ilə əlaqədar ictimaiyyətin diqqətinə çatdırır ki, müvafiq qərara uyğun olaraq, qarşılaşma azarkeşsiz keçiriləcək. "Qalatasaray" komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.DİN, AFFA və "Neftçi" koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.