• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1470
— 15.09.2020 20:28

Dəmir yol təmirçisi həyatını itirib

KepezTV Player

5 saylı İxtisaslaşmış Dəmir Yol Müəssisəsində yol təmirçisi vəzifəsində işləyən Rafət Cavadov inşaat materiallarının daşınması üçün nəzərdə tutulan vaqondan qum və çınqıl materiallarını boşaldan zaman baş nahiyəsinin vaqonun dəmir qapağı ilə təkəri arasında qalması nəticəsində aldığı xəsarətdən ölüb. Paytaxtın Qaradağ Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb. Hadisənin baş vermə səbəbləri, habelə təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.