• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1040
— 15.09.2020 20:54

"Qarabağ" Kiprdədir

KepezTV Player

"Qarabağ" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəyi matç üçün Kiprə yola düşüb. Ağdam təmsilçisi çarter reysi ilə oyunun keçiriləcəyi Larnaka şəhərinə yollanıb. Ölkə çempionu bu dəqiqələrdə oyunöncəsi son məşqinə çıxıb.Sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.