• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1444
— 15.09.2020 20:50

Yeni ixtisas, yeni imkanlar

KepezTV Player

İxtisas seçimi abituriyentin həyatında ən həlledici məqamdır. Bu baxımdan tələbə adını qazanmaq istəyənlər ali məktəbə qəbul olmaqla yanaşı, həmçinin hansı ixtisasa yiyələnəcəklərini də yüz-ölçüb, bir biçməlidirlər. Yəni universiteti bitirdikdən sonra iş tapa bilsinlər, həm də yaxşı məvacibə. Qarşıdakı sujetdə Gəncədəki Azərbaycan Texnologiya Universitetində qəbula salınan və sadaladıqlarımıza cavab verən yeni ixtisas barədə məlumatınız olacaq.

Hər il yeniliklərlə diqqət çəkən təhsil ocağı qarşıdakı mövsümdə də tələbələr üçün bir çox imkanlar yaradıb. Bunlar arasında ən çox seçiləni isə universitetdə qəbula yeni salınan mühəndis fizikası ixtisası olacaq. Məhz bu ixtisasa görə UTECA-da yeni ümumi və tətbiqi fizika kafedrası da təsis edilib və tələbələrin elmi biliklərə yiyələnmələri üçün universitetə mütəxəssislər cəlb olunub.

Zərdan Səmədov Ümumi və tətbiqi fizika kafedrasının dosenti: İxtisas seçərkən gənc və onun valideyni düşünməlidir ki, bu ixtisası oxudum qurtardım mən harada işləyəcəm, nə işlər məşğul olacam. Bu nöqteyi nəzərdən mühəndis fizikası ixtisası xaricdə çox dəbdə olan ixtisas olub, ixtisas seçiminin yeni təsnifatında artıq bu ixtisas respublikamızda da nəzərdə tutulub. Qərb regionunda isə yalnız Azərbaycan Texnologiya Universitetində bu il ilk qəbul aparılır.

Bu ixtisas iki istiqamətdə həm mühəndis, həm də fizika fənni hazırlığında rol oynayır. Tələbələrin bu il ilk dəfə təhsil alacağı  mühəndis fizikası ixtisası üçün yeni avadanlıq və laboratoriyalar qurulub, müasir aparatlar alınacaq. Praktik əhəmiyyətli olması üçün. İxtisas beynəlxalq səviyyədə geniş perspektivə malik olmaqla tələbələr üçün bir çox imkanlar yaradır.

Zərdan Səmədov Ümumi və tətbiqi fizika kafedrasının dosenti: Bu ixtisası seçmiş gənclər burada təhsil aldıqları zaman 4-cü kursu bitirdikdən sonra universitetdə işlə təmin olunacaqlar. Eyni zamanda bu profilli kolleclərdə, texniki peşə məktəblərində bu ixtisas artıq müasirdir və işlər təmin ediləcəklər. Bu ixtisası bitirənlər çox geniş sahədə işlə təmin olunmaq imkanlarına malik olurlar. Təyyarə istehsalında, hərbi komplekslərdə bunların hamısında gənclərin istər oğlan, istərsə də qızların işlə təmin olunmaq imkanları çox geniş olacaq.

Mühəndis fizikası ixtisasında oxuyan tələbələr son kurslarda təcrübə keçmək üçün xarici ölkələrə göndəriləcək. Bu ixtisasa cari il qəbul imtahanlarında 200-dən yüksək bal toplayan əyani formada təhsil alacaq 20 nəfər üçün əlçatandır.