• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2384
— 15.09.2020 16:25

102 yaşlı azadlıq

KepezTV Player

Türkiyənin Gəncədəki Baş konsulluğunda Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə media nümayəndələri ilə görüş təşkil edilib. Bu günün önəmi, Türkiyənin Azərbaycanın yanında olması, Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun Azərbaycana səadət gətirdiyinə diqqət çəkilib. Baş konsul Zəki Öztürk Ermənistanın Tovuzla sərhəddə törətdiyi təxribata Türkiyənin verdiyi dəstəkdən danışıb, sözdə olduğu kimi əməldə də həmrəylik nümayiş etdirildiyini deyib. Tarixi köklərə dayanan iki dövlətin qardaşlığının bundan sonra da sarsılmayacağını dilə gətirilib.

Zəki Öztürk Türkiyənin Gəncədəki Baş konsulu:Bu zəfəri büyük bir içtənliklə kutluyoruz. Bu eyni zamanda Bakının paytaxt olduğu gün və Azərbaycanın müstəqilliyinə qovuşduğu günün də elanıdır. Bakının qurtuluşunu bir daha bayram olaraq qeyd edirəm. Bu zəfər inşallah Qarabağda yaxın zamanda gerçəkləşəcək. Zəfərlərin bir nişanı, örnəyi olar.