• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 853
— 15.09.2020 13:07

XİN Mnatsakanyana cavab verib

KepezTV Player

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri çərçivəsində səsləndirdiyi fikirlər, yüz minlərlə müsəlman azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq evlərindən didərgin salan, Xocalıda bir gecədə 613 mülki şəxsi yalnız azərbaycanlı və müsəlman olduqları üçün qəddarlıqla qətlə yetirən, Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman irsini məhv edərək, məscidləri talan edən bir ölkənin rəsmisinin riyakarlığının bariz nümunəsidir. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin açıqlamasına görə, dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistan Azərbaycan ərazisində törətdiyi 30-dan çox terror aktı nəticəsində 2000-dən çox mülki şəxs həlak olub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın, hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən olan terrorçu muzdluları cəlb etməsi də məlum bir faktdır.