• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2867
— 15.09.2020 13:02

Kartofun bol olduğu rayon

KepezTV Player

Gədəbəy deyəndə ilk ağıla gələn onun məşhur kartrofudur. O kartof ki, gündəlik qida rasionumuzda mühüm rola malikdir. Bəs bu il dağ rayonunda kartofun məhsuldarlığı necədir? Fermerlər çəkdikləri zəhmətin bəhrəsini görə bilirlərmi? Bu suala növbəti videomateraialda aydınlıq gətimrəyə çalışacağıq.

Gədəbəy rayonunda kartofun yığımına başlanılıb. Bu il fermerlər sahələrdən bol məhsul götürür. Amma məhsulun bolluğu onun gəlirli olacağı anlamına gəlmir. Kartof əkənlər deyirlər ki, hazırki satış qiymətləri qaneedici deyil. Bütün ölkəyə məhsul göndərən fermerlər bunun səbəbini xaricdən gətirilən kartofda görür. Hansı ki, yerli məhsulun satşında müəyyən çətinliklər yaradır.

Əli İsmayılov fermer: Bu gün İrandan xaricdən girən məhsullar bazarı tutub. İrandan alınan kartıfonun hər kiloqramı İranda 10 qəpikə başa gəlir. Heç kim bu bölgəyə gəlmir. Bu günə qədər hələ bir kiloqram kartof sata bilməmişik ki fəhlənin pulu verim. 

Əli İsamyılov fermer: 10 hektar sahədə toxumluq kartof əkmişik. Yüksək məhsuldarlıq əldə etmişik. Bu günə qədər  çıxartdığımız sahələrdə 50 tona yaxın məhsul götürmüşük.

Bu il rayonda məhsul bolluğuna əkin sahələrinin genişləndirilməsi hesabına nail olunub. Artıq 5 min hektardan çox ərazidə kartof yığımı başa çatıb və hər hektarda orta məhsuldarlıq 10 tona yaxın olub.

Asəf Nağıyev Gədəbəy DAİM-in direktoru:  Gədəbəy rayonu kartofçuluq uyğun rayondur. Bu il 2020-ci ilin məhsulu üçün 10 min 403 hektar sahədə yüksək kefiyyətli kartof əkilib. Hal-hazırda bütün proseslər başa çatıb. Sonuncu mərhələdə kartof çıxarılması aparılır.

Sahələrdə məhsulun bolluğu düzgün toxum seçimi ilə yanaşı vaxtında həyata keçirilən aqrotexniki qulluq nəticəsində ərsəyə gəlib. Sahələrdə zərərvericilərə qarşı aparılan mübarizə tədbirləri özünü müsbət tərəfdən doğruldub.

Eldar Quliyev Gədəbəy Rayon Bitki Mühafizə Mərkəzinin rəisi: 5500 hektar ərazidə müşahidə aparmışıq. Bu il havalar quraqlıq keçdiyindən xəstəliklər olmayıb. Bu gündə toxumçumuzun yanındayıq. İki dəfə zərərvericilərə qarşı mübarizə tədbirləri aparılıb.

Gədəbəydə kartof yığımına sentyabrın əvvəlindən başlanılıb. Hava şəraiti imkan verərsə məhulun qısa zamanda yığımı başa çatdıırlıcaq.

Natiq Hüseyn