• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 14.09.2020 20:11

Məktəb və bağçalar sabaha hazırdır

KepezTV Player

Partalar, stol və stullar, pəncərələr, döşəmələr xüsusi dezinfeksiya edici məhlullarla yuyulub, sinif otaqlarına gigyenik vastələr qoyulub, təhsil müəsisələri hərarət ölçən teplovizorlarla təmin edilib. Bütün bu hazırlıqlar sabahkı bilik günü üçündür. Sabahdan fəaliyyətini bərpa edəcək tərbiyyə müəssisələrində də vəziyyət eynidir. Kollektiv pandemiya ilə bağlı izolyasiya qaydaları barədə də təlimatlandırılıb.

27 nömrəli məktəb liseyin texniki fənlər müəlliməsi Gülçöhərə Ağayeva pandemiya ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən göndərilən gigiyenik vastələri öz kollektivinə təqdim edən məsul şəxsdir. Həmçinin izolyasiya qaydalarına riayət etməyi, sinif otaqlarının, dəhlizlərin mütamadi olaraq xüsusi məhlulla yuyulması, partaların, qapı və pəncərələrin silinməsi, ara məsfələrin gözlənilməsi də müəllim və texniki işçolərə izah edilir. Artıq Gəncənin orta məktəblərinə, uşaq bağçalarına, eləcə də lisey və gimnaziyalara göndərilən 200 ədəd hərarət ölçən teplovizorlar aparatları da təyinatı üzrə çatdırılıb.

Gülçöhərə Ağayeva - müəllim: Müəllimləri də təlimatlandırırıq təkrar olaraq Təhsil Nazirliyi tərəfindən verilmiş təlimata uyğun olaraq. Dərs vaxtı, tənəffüs vaxtı necə qorunmalı, şagirdlərə nəzarəti təkrar yadlarına saldıq. Spirti, maskanı əlcəyi vaxtında müəllimlərə təqdim etdik.

Ramil Əliyev - direktor müavini: Gigiyena qaydalarına əməl etməyinə hamını dəvət edirik. Biz buna köməklik etməliyik. Təbii ki, bizlə bərabər valideynlərdə bizə köməklik edib qoyulan qayda qanuna əməl etmələrinə xahiş edirik.

Sərgül Kazımova - texniki işçi: Pəncərələri partaları silirik, döşəmələri xlorlayırıq, həyəti süpürürük. Sabah dərsimiz açılıq uşaqlarımız gəlir.

Bundan başqa Təhsil İdarəsində işçi qrupu və təhsil müəsisələrində izolyasiya otaqları da yaradılıb.

Yeni qaydalara uyğun olaraq Gəncənin orta ümumtəhsil məktəblərində xüsusi karantin otaqları da yaradılıb. Xüsusi karantin otaqları müxtəlif dərman ləvazimatları ilə təmin edilib. Əgər dərs müddətində hər hansı bir şagirddə və yaxudda müəllimdə hərarət eləcədə digər hal pozunğunluğu baş verərsə ilkin müdaxilə olaraq bu karantin otağında həmin şəxslərə tibbi yardım göstəriləcəkdir.

Söhrab Hacıyev - Metodiki Mərkəzin direktoru: Gəncə şəhər Təhsil İdarəsi tərəfindən bütün ümumtəhsil məktəblərində gigiyenik qaydalara riayət olunması üçün operativ qərargah yaradılıb. Nazirlər kabinetinin qaydalarına nəzarət olunur. Bütün sanitar qovşaqlar, məktəblər dezinfeksiya edilib. Şagirdlərin yerləşdirilməsi üçün şərait yaradılıb. Qaydalara uyğun şagirdlər məsafəli şəkildə yerləşdiriləcəkdir.

Gəncənin məkətəbə qədər təhsil müəsisələri də sabahkı günə hazırlaşır. Təhsil müəsislərinin girişlərinə xəbərdaredici məlumatlar yazılıb. Bundan başqa məşğələ otaqları xüsusi məhlullarla yuyulub, gigiyenik vastələrlə təmin edilib.

Gəncənin məktəbə qədər təhsil müəsisələrinin yeməkxanalarında da xüsusi karantin qaydalarına diqqət yetirilib. Belə ki, uşaqların əyləşdiyi stulların ara məsafəsi 1 m yarım eləcədə 2 m qoyulub.

Məhəbbət Atakişiyeva - 2 nömrəli uşaq baxçasının müdiri: Səhər filtirində valideynlərin, əməkdaşların uşaqların xüsusi termometrlə hərarəti ölçüləcəkdir. Gələn valideynlərin, uşaqların əlləri dezinfeksiya olunacaqdı.

Sabah Gəncənin 46 orta məktəbinin ibtidai siniflərinə 18 minə yaxın şagird gedəcək ki, bunların da 4298-i birincidir. Onlar üçün 709 sinif ayrılıb. 42 məkətəbə qədər təhsil müəsisəsi valideyn istəyindən asılı olaraq balacaların qəbul edəcək.

 

Elnur Vahidoğlu