• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 14.09.2020 19:18

Zaqatalada "Azərpoçt"un iki şöbəsinə basqın oldu

KepezTV Player

Sentyabr ayının birinci on günlüyündə “Azərpoçt”un Zaqatala rayon filialının Zaqatala şəhəri Qaladüzü adlanan yaşayış massivi və Yuxarı Tala kənd ərazisində fəailiyyət göstərən poçt şöbələrinə gecə saatlarında nəməlum şəxs və yaxud şəxslər tərəfindən basqın edilib. Hər iki poçt şöbəsinin inzibati binasının pəncərəsindən dəmir barmaqlıqları dağıtmaq yolu ilə içəri daxil olublar. Lakin onlar poçt şöbələrində olan dəmir seyfə müdaxilə edə bilməyiblər və binanı tərk ediblər. Hər iki faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.