• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 14.09.2020 11:29

Ər arvadını öldürüb

KepezTV Player

Lənkəran rayonu, Balıqçılar qəsəbə sakini 39 yaşlı Günay Abıyevanın odlu silahla qətlə yetirilən meyiti yaşadığı evdə aşkar edilib. Rayon Prokurorluğu tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı cinayət işi başlanıb. Günay Abıyevanı əri, 36 yaşlı Mais Abıyevin qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə şübhələr müəyyən edilib. Mais tutularaq istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.