• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1257
— 14.09.2020 11:39

Fərqli qiymətə satış qadağandır

KepezTV Player

"İndiyədək Tarif Şurası tərəfindən 12.114 dərman vasitəsinin qiyməti təsdiq edilib". Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Günel Bəhramqızının sözlərinə görə, dərman vasitələrinin qiyməti onların ticarət adı, təsiredici maddənin adı və dozası, farmaseptik forması, qablaşdırma qablaşdırılması, miqdarı, habelə istehsalçı şirkət və ölkələr üzrə müəyyən edilir. Bununla yanaşı dərmanların üzərində onların təsdiq edilən qiymətləri göstərilir. Onların topdan və pərakəndə satışını həyata keçirən bütün təsərrüfat subyektləri tələblərə əməl etməlidirlər: "Qanunvericiliyə əsasən, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilən qiymətdən fərqli dəyərlə satışı qadağandır və bu hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur. Alıcılar qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Xidmətin qaynar xəttinə müraciət edə bilərlər".