• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 860
— 14.09.2020 11:56

Təxliyə edilən azərbaycanlılar yola salınıblar

KepezTV Player

Gürcüstandan təxliyə edilən daha 350 nəfər Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi ayrılan 6 avtobusla "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə yola salınıb. Təxliyə edilənlərdən 97-si Azərbaycan, 240-ı Gürcüstan, 6-sı Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə, 3-ü Ukrayna və 1-i Pakistan vətəndaşıdır. Həmin şəxslər ötən gün Marneulidəki klinikalardan birində COVID-19 testi veriblər və onların hər birində analiz cavabı neqativ olub. Pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2500-dən çox azərbaycanlının təxliyəsi həyata keçirilib.