• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1270
— 12.09.2020 20:40

Sərt karantinin “qazandırdığı”

KepezTV Player

Karantin rejimimin yumşaldığı tarixdən xəstəxanalara müraciətlərin sayı artıb. Xarici görünüşdəki dəyişikliyə biganə qalmayanlar hazırda daha çox artıq çəkidən şikayətçidir və kökəlmənin birmənalı şəkildə hərəkətsizlikdən qaynaqlandığı etiraf edilir. Bəs, nə etməli? Passiv həyat tərzinin qazandırdığı bu vəziyyətdən necə çıxmalıyıq?

İmmunitetimizi artıracaq ən önəmli məhsul qida deyil. Bu ifadənin reallığını qəbul etməyənlər hazırda artıq çəki problemi ilə üz-üzədir. Sərt karantindən "xatirə" qalan bu vəziyyət bəylərlə müqayisədə xanımlar arasında daha çox müşahidə olunur. Belə olan halda bəziləri çıxış yolunu diet saxlamaqda görür, bəziləri isə çəki atarsa, əksinə, immunitetinin düşəcəyindən ehtiyat edir.

Şəhla Verdiyeva terapevt:Diet deyəndə biz kalori məhdudiyyəti nəzərdə tutmuruq. Sağlam həyat tərzi nəzərdə tuturuq. Əgər düzgün qidalanıb, orqanizmə lazım olan maddələri yetərli miqdarda qəbul etsək çəki verə-verə sağlam immunitetə sahib ola bilərik. Əksinə, artıq öz təsdiqini tapıb ki, bizim üçün heç bir əhəmiyyəti olmayan “fast food”, karbohidratlı, yağlı qidalar immunitetimizi aşağı salır. Onlardan uzaq dursaq həm immunitetimizi qoruyarıq, həm də sağlam qidalanarıq”.

Normal çəkiyə sahib olmaq üçün mümkün qədər sağlam qida qəbul edib, aktiv həyat tərzi keçirmək mütləqdir.

Şəhla Verdiyeva terapevt:Öyrəşdiyimiz həyat tərzini dəyişmək lazımdır. Qidalanmamıza nəzarət edirik. Kiçik porsiyalar halında gündə bir neçə dəfə, metabalizmi sürətləndirəcək şəkildə qidalanırıq. Lifli qidlaara, tərəvəzlərəü stünlük veririk, yağlı qidalar və karbohidratlardan, un və şəkərdən uzaq durmağa çalışırıq. Hərəkətliliyimizi artırırıq. Orta və ya ağır tempoda yürüyüş edirik. Əgər bunları bacarmırıqsa, endokrinoloq yardımı alıb, səbəbi aydınlaşdırılır. Və yaxud dietoloqdan professional yardım istəyirik”.

Ən pis halda, sərt karantin dövrü təkrarlanarsa insanlar evdə aktivliyi təmin edəcək məşğuliyyət növləri tapıb, psixoloji cəhətdən hər şeyə hazırlıqlı olmalıdır. Sonradan peşmanlıq yaşamamaq üçün..