• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1259
— 12.09.2020 20:35

Miniatür guşələri şəhəri gözəlləşdirir

KepezTV Player

Miniatür və mozaika təsviri incəsənətin əsas qolunu təşkil edir və qədim ənənələrə malikdir. Bu sənət nümunələrindən küçələrin abadlaşdırılmasında da geniş istifadə olunur. Biz bunu sovet və müstəqilliyin Gəncəsində də görə bilərik. Bəzi mərkəzi prospektlərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində belə guşələrə rast gəlinir.

Nizami yurdunda Əziz Əliyevlə Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində yerləşən guşə də bu sıradadır. Yeni yaradılan və estetik gözəllik yaradan mənzərə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanıb. Mozaik daşlardan yığılan kompozisiyalarda şairin təsviri də əks etdirilib. Kompozisiyada “Xəmsə”yə daxil olan əsərlər eni 4 metr 11 santimetr, hündürlüyü isə 4 metr 27 santimetrlik banerdə əks olunub.

Şərif Şərifov əməkdar rəssam:Gəncə şəhəri qədim olduğundan miniatür özünü daha yaxşı göstərir. Bunların olması həm küçəni şuxlandırır, yaraşığa mindirir, həm də Azərbaycan milli kolorotini bir daha təsvir edir. Ümumiyyətlə küçələrdə belə təsviri sənətin olmağı bir növ Azərbaycançılığın təbliğidir. Həmçinin estetika baxmından da çox gözəldir.

Qədimliyin qorunub saxlanılmasına, şəhərin zəngin mədəniyyətinin təbliğinə xidmət edən guşədə yaşıllıq zolaqları bərpa edilib,  yeni gül kolları əkilib.  Bütün görülən işlər həm Gəncəyə gələn qonaqların, həm də yerli sakinlərin marağına səbəb olacaq.

Əli Arazov şəhər sakini:Şəhərimizin hər yerində abadlıq-quruculuq işləri gedir. Bu gün də bizim ərazimizdə Nizami  Gəncəvinin əsərlərindən ibarət miniatür guşələr düzəldilir. Bu yerli sakinləri sevindirir. Çünki gələn qonaqlar da əsərlərə baxıb dahi Nizami haqqında nələrsə öyrənirlər.

Gəncənin əsas prospekt və küçələrində bu cür tərtibatlı guşələr bir neçə ildir ki yaradılıb. Daha öncə şəhərin Bakı istiqamətindən girişində, Nizami, Atabəylər və digər küçələrində də memarlığa xas elementlərlə bəzdilən guşələr istifadəyə verilib.