• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 860
— 12.09.2020 12:14

Küçələr dezinfeksiya edilib

KepezTV Player

Koronavirusla mübarizədə aparılan qabaqlayıcı tədbirlərin tərkib hissəsi olaraq Gəncədə gücləndirilmiş dezinfeksiya işləri davam etdirilir. Bu gün də küçə və prospektlər xüsusi məhlulla yuyulub. Nizami Gəncəvi prospektindən başlanlan işlər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 ədəd su çiləyici avtomobilləri ilə aparılıb. Heydər Əliyev, Atatürk və Şah İsmayıl Xətai prospektləri, habelə Azərbaycan bayrağı, Dədə Qorqud küçələri, eləcə də bəzi ara küçələr də dezinfeksiya edilib. Nəqliyyat vasitələrinin və piyadaların hərəkət etdiyi hissələr dərmanlanıb, dayanacaqlar çiləyicilərlə yuyulub.

Nəriman Qurbanov sakin:Hər birimiz üçün gözəl bir şeydir ki, xəstəlikdən uzq olaq və hər birimiz də çalışmalıyıq ki, xəstəlikdən qorumaq üçün özümüz özümüzdən bu xəstəliyi uzaq etməliyik. Xəstəlik elə bir şeydir istər uşaq, istər böyük fərqi yoxdu tutanda hər kəsi tuta bilir.  Ona görə də hər birimiz bu xəstəlikdən uzaq olmalıyıq. Uzaq olmaq üçün də hər birimizin üzərinə nə düşürsə ona əməl etməliyik. Mən də gördüm böyük işlər görülür bu daha böyük bir şeydi, alqışlanasıdır.