• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 857
— 12.09.2020 12:07

İcra başçı və polis rəisi reyddə

KepezTV Player

Gəncənin icra hakimiyyətinin başçısı Niyazi Bayramov Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovla maarifləndirmə xarakterli reyddə iştirak ediblər.İri market, mağaza, geyim dükanları və apteklərdə sərtləşdirilmiş karantin rejimi yumşaldılandan sonra tələblərə necə əməl olunduğu yoxlanılıb. Şəhərdə fəaliyyət göstərən iaşə obyektlərində satıcı və alıcılarla, habelə sahibkarlarla profilaktik söhbətlər aparılaraq, izahetmə-xəbərdarlıq işləri həyata keçiriblər. Reyd zamanı ictimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərin də gigiyenik vasitələrdən və tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin zəruriliyi, qaydalara riayət olunmasının vacibliyi xatırladılıb. Koronavirusla mübarizədə qabaqlayıcı və təxirəsalınmaz tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.