KepezTV Player
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xızı rayonunun Ağdərə kəndində və Qobustan rayonunun Duzan adlanan ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.<br>Araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Ramil Nəsirov, Şirvan şəhər sakini Ayaz Fərəməzov və Şamaxı rayon sakini Emin Mikayılov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb.<br>Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub.
- Baxış: 1031