• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1042
— 11.09.2020 20:21

Abutiriyentlər üçün məsləhət mərkəzləri yaradılıb

KepezTV Player

Göründüyü kimi ali məktəblərə qəbul olan abituriyentlər indi son ştrixləri vururlar - ixtisas seçimi başlayıb. Toplanılan bala uyğun olaraq edilən seçimdə yalnışlığa yol verməmək üçün Dövlət İmtahan Mərkəzi abituriyentlərə bir qədər də yaxınlaşıb. Həm məsləhət mərkəzləri yaradılıb, həm də səyyar xidmətin göstərilməsi başlanılıb.

İllərdir çəkilən əziyyətin bəhrəsini görənlər indi yaşadıqları sevincin rəsmiləşdirilməsinə start veriblər. Yəni tələbə adını qazananlar düzgün seçim etməklə yiyələnəcəkləri ixtisası müəyyənləşdirirlər. Bu işdə çətinlik çəkənlərə və ya qaranlıq qalan məqamlara işıq salmaqda Dövlət İmtahan Mərkəzi yardımçı olur. Belə ki, mərkəzin regional bölmələrinin əhatə etdiyi regionlarda məsləhət mərkəzləri yaradılıb. Bu abituriyentlərin elə yaşadığı ərazidə ətraflı məlumat almaq və ixtisas seçimini həyata keçirməyə köməklik deməkdir. DİM-in Gəncə regional bölməsinnin əməkdaşları da səyyar formada təşkil edilən mərkəzlər vasitəsilə abutiriyentləri maraqlandıran sualları cavablandırmaqla onlara yeniliklər barədə də izahatlar verirlər.

Lalə Orucova - abituriyent: Beşinci qrupa sənəd vermişdim. İxtisas seçiminə gəldim. Gəncə Dövlət Universtetinin musiqi müəllimliyinə işimi verdim. İxtisas seçiminə daha Gəncəyə getmirik. Samuxda həll olundu, sağ olsunlar.

Təranə Sanıyeva - valideyn: Öz fikirlərini dedi ki, 200 baldan yuxarı bal toplayan abutiriyentlər seçə bilər. Ekologiyanı, bitkiçilik, yol mühafizəsini, baytarlıq seçə bilər. Müraciət edək görək təki seçilsin, qıraqda qalmasın.

Vüsal Cəfərov - DİM-in Gəncə regional bölməsinin böyük məsləhətçisi: Abutiriyentlər əsas maraqlı olan ixtisas qrupu üzrə keçid balları, subbakalavrdan bakalavra qəbul olmaq üçün suallar çox verilir. Bir də ümumi ixtisaslar haqqında məlumatlar alırlar ki, ixtisasın adını bilir, onun mahiyyəti maraqlı gəlir və bu haqqında məlumat alır.

Samux rayonundan sonra səyyar qrupun üzvləri sentyabırın 14-də Daşkəsən, 15 sentyabrda Naftalan və Goranboy, 16-sı Mingəçevir şəhəri, sentyabırın 17-i Göygöl, 18 sentyabrda isə Xocalı və Kəlbəcər rayonlarından olan abutiriyentlərə məsləhətlər veriləcəklər.

Nəsimi Məmmədov - DİM-in Gəncə regional bölməsinin müdiri: Səhv edən abutiriyentlər, elektron ərizənin ləğvi ilə bağlı hansı ki, o abutiriyentlərin ixtisas seçimi zamanı qarşılaşdıqları hansısa bir çətinliklə bağlı həmin regional bölmənin əməkdaşları ezam olunmuş günlərdə həmin yerlərdə xidmət göstərib. DİM iş qrafiki olaraq yalnız iş günləri fəaliyyət göstərəcəkdir. Bu qrafiklər DİM-in rəsmi internet saytında yerləşdirilibdir. Hər bir abutiriyent, valideyn daxil olaraq qrafiklərdən hansı günlərdə hansı rayonlarda qrafikə uyğun olaraq qrafiki əldə edə bilərlər. Bundan əlavə onlayn növbələrin götürülməsi ilə bağlı məlumat verilmişdir. Məsləhət mərkəzinə müraciət edərkən onlayn növbəni götürsünlər.

Bundan başqa hər bir abutiriyentə ixtisas seçimi zamanı DİM tərəfindən yeni nəşr olunan abutiriyet 4 jurnalından da istifadə etmləri tələb olunur. Jurnalda universtetlərə ixtisas qrupları, plan yerləri və plan yerlərində dövlət sifarişləri, eləcə də ödənişlərin məbləğləri göstərilib. Ali məktəblərə ixtisas seçmi isə sentyabırın 20-nə kimi davam edəcək. Nəticələr isə bir neçə gündən sonra məlum olacaq.

 

Elnur Vahidoğlu