• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1245
— 11.09.2020 20:07

3082 nəfər ali məktəbə qəbul olmayacaq

KepezTV Player

Ötən il olduğu kimi bu il də 3-cü ixtisas qrupu abituriyentləri çox cəlb edir və 20 minə yaxın abituriyent bu qrup üzrə imtahan verib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 3-cü qrupda müsabiqə vəziyyətinin çox yüksək olduğunu diqqətə çatdırıb.

Məleykə Abbaszadə 3-cü qrup üzrə sənəd verən subbakalavrların ali məktəblərə qəbul olma şansından da danışıb.

Bu il III qrup üzrə müsabiqə vəziyyətinin keçən ilki kimi olacağı gözlənilir. 600-dən yuxarı bal toplayanların sayı çox yüksəkdir.

Məleykə Abbaszadə olimpiada qaliblərinə də müraciət edib. Bu il III ixtisas qrupuna sənəd verən abituriyentlər arasında ali məktəbə müsabiqədənkənar qəbul imkanı olan 11 nəfər respublika fənn olimpiada qalibi var.

Yay aylarında keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən məzunlar üçün tam orta təhsil bazası üzrə sentyabrın 10-da keçirilən buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq.

Azərbaycan və rus bölməsinin keçid balları arasında kəskin fərqin olacağı gözlənilir.