• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 11.09.2020 20:02

Tədris prosesinin təşkilinin müvəqqəti qaydaları

KepezTV Player

Koronavirus bəlası bütün dünyanı narahat edən məqamdır. Ölkəmizdə də Covidlə mübarizə var-gücü ilə davam edir. Təbii ki, məqsəd insanları bu təhlükəli virusdan qorumaq, ona qalib gəlməkdir. Bununla bağlı qarşıda bir çox vəzifələr durur. Yeni dərs ilində təhsil kollektivinin, müəllim və şagirdlərin sağlamlığının, təhlükəsizliyinin təmini də bu sıradadır. Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarı da buna hesablanıb ki, Təhsil Nazirliyinin səlahiyyətliləri qərara həsr olunan onlayn mətbuat konfransı keçiriblər. Jurnalistlərin sualları cavablandırılıb, bir sıra mühüm məqamlar diqqətə çatdırılıb.