• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2674
— 11.09.2020 11:38

Narkotiki təbliğ edən tutulub

KepezTV Player

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi Yevlax rayonunda qeydiyyatda olan əvvəllər məhkum olunmuş Ceyhun Məmmədov yaşadığı Binəqədi rayonu ərazisində tutulub. Şəxsi axtarış zamanı onun üzərindən bir büküm narkotik vasitə olan marixuana da aşkar edilib. Ekspertizaların nəticəsində Ceyhun Məmmədovun mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən 15 gün müddətinə inzibati həbs cəzası təyin edilib.