Türkiyə vətəndaşının müraciəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Məlum olub ki, “Güllübulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Füzuli Adıgözəlov 2011-2015-ci illərdə MMC-nin adına Türkiyədə müxtəlif məhsullar idxal edib.Anbara mədaxil etmədən həmin Cəmiyyətə məxsus 1 milyon 885 min manat pulun hesabına malların dəyərini və gömrük rüsumlarını ödəməsinə, habelə malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyərək mənimsəməsinə və MMC-ə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Adıgözəlovun ümumilikdə 8 milyon 396 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da əsaslı şübhələr yaranıb. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Zəruri istintaq tədbirləri davam etdirilir.
- Baxış: 1347