• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 10.09.2020 20:43

"Gəncə"nin üzvləri yığmada

KepezTV Player

Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının tərkibində yaradılan Azərbaycan yığması qarşıdakı günlərdə ölkəmizi iki beynəlxalq yarışda təmsil edəcək. Bu turnirlər üçün hazırlıq keçən milliyə “Gəncə” amputant komandasının iki üzvü də dəvət alıb.

Ölkəmizdə amputant futbol komandalarının yaşı azdır. İki il öncə ilk belə kollektiv Bakıda, daha sonra isə digər şəhər və rayonlarda yaradılıb. Gəncədə amputant komandası 2019-cu ilin aprelində fəaliyyətə başlayıb. Kollektivin tərkibi əsasən Qarabağ qazilərindən ibarətdir. Bu vaxta kimi Nizami yurdunun təmsil edən kollektiv bir sıra Respublika və beynəlxalq yarışlarda çıxış edib. Komandanın üzvlərindən hücumçu Natiq Əliyev və müdafiəçi Hüseyn Hüseynovun belə turnirlərdə özünü ən yaxı tərəfdən göstərməsi onların nüfuzlu yarışlar üçün yığmaya cəlb olunması ilə nəticələnib.

Azərbaycan komandasının iştirak edəcəyi yarışlardan biri bu ay Polşanın Varşava şəhərində keçiriləcək Avropa Amputant Futbol Kubokunun final mərhələsi və gələn ay Türkiyənin Qaziantep şəhərində təşkil olunacaq Çempionlar Liqası turniridir. Hazırda yığma bu məsul turnirlərə hazırlaşır. keçir.

Yeni yaradılmasına baxmayaraq Azərbaycan yığması ötən vaxtda 4 ölkədə fərqli statuslu yarışda iştirak edib. Komanda Türkiyə, Gürcüstan, Ukrayna və Polşada meydana çıxıb.