• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1213
— 10.09.2020 15:25

Qazaxlı narkotacir yanacaq doldurma məntəqəsini qarət edib

KepezTV Player

Qazaxda narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb. Onun yanacaqdoldurma məntəqəsindən oğurluq etdiyi də müəyyənləşib.

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şükür Məmmədov saxlanılıb. O, həmyerlisinə 0,092 qram kustar üsulla hazırlanan psixotrop maddə - metamfetamin satmaqda şübhəli bilinib. Çox keçmədən şübhələr özünü doğruldub.

Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Şöbədə Şükür Məmmədovun üzərinə baxış keçirilən zaman ona məxsus siqaret qutusunun içindən 0.313 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb. Aşkarlanan narkotik vasitə ekspertizaya təqdim olunub”.

Araşdırmalarla müəyyən edilib ki, Şükür Məmmədovun qara əməlləri yalnız narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqdan ibarət deyilmiş. O da məlum olub ki, həmin şəxs avqustun 29-u səhər saatlarında Qazaxdan Bakıya gedən zaman yolüstü Göygöl rayonunda yerləşən yanacaqdoldurma məntəqəsindən 300 manat dəyərində mobil telefon və 500 manat nağd pul oğurlayıb.

Şükür Məmmədov - saxlanılan şəxs: “Mən telefonu oğurluq və yaxud da tamah məqsədi ilə götürməmişəm. Sadəcə olaraq yanacaqdoldurma məntəqəsinin hotelində işləyənə dərs olsun deyə özümlə götürdüüm. Guya öz dilimdə buna bir dərs verirdim”.

Saxlanılan Şükür Məmmədov barəsində yerli məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Natiq Hüseyn