• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1806
— 09.09.2020 20:01

Gənclər arasında peyntbol yarışı

KepezTV Player

Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının Gənclər Birliyinin üzvləri arasında peyntbol yarışı keçirilib. Gənclərin asudə vaxtının daha səmərəli təşkili, hərbi-vətənpərvərlik ruhunun formalaşdırılması və silahdan atış vərdişlərini təkmilləşdirmək yarışın əsas məqsədlərindən olub. Start əmri verilməmişdən öncə iştirakçılara silahla davranış və ehtiyyat qaydaları izah olunub, istifadə edilən geyimlər haqqında məlumat verilib. Təlimatlardan sonra mübarizə başlayıb. Yarışda 6 komanda çıxış edib. Müasir əyləncəli hərbi idman oyunu sayılan peyntbol gənclər tərəfindən maraqla qarşılanıb. Nəticələrə əsasən, “Kəlbəcər” komandası daha sərrast atışlarla döyüş tapşırığını uğurla yerinə yetirərək yarışın qalibi olub. Sonda iştirakçı komandaların üzvlərinə fəxri fərman təqdim edilib.