• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1452
— 09.09.2020 20:03

Ali məktəbələrə sənəd verənlərin yarısı keçid balını toplayıb

KepezTV Player

Bu il Şəmkir rayonunda ali məktəbə sənəd verən məzunların 50 faizi imtahanlardan qənaətbəxş nəticə əldə edib. Əvvəlki illərlə müqayisədə 600-dən yüksək bal toplayanların sayında isə azalma müşahidə olunur. Növbəti dərs ilində  göstəricilərin yüksəldilməsi üçün xüsusi tədbirlər hazırlanıb.

Ötən dərs ilində Şəmkir rayonu üzrə 1650 nəfər 11-ci sinifi bitib. Onlardan  1000 nəfəri müxtəlif ali məktəbələrə sənəd verib. İlkin məlumata görə qəbul imatahanlarında iştirak edənlərin 500-ü keçid balını toplaya bilib. Bir il əvvəl rayon üzrə 28 nəfər 600-dən yüksək bal toplayıbsa bu il göstərici yarıyadək azalıb.  

Firdovsi Aslanov - Şəmkir Rayon Təhsil Şöbəsinin nümyəndəsi: Həm buraxılış imatahanlarında, həm də yüksək bal toplayanın sayında geriləmələr var. Lakin bununla yanaşı ümumi nəticələr qənaətbəxşdir.

Rayon Təhsil Şöbəsində yeni dərs ilinə də hazırlıqlar gedir. Koronavirus pandemiaysı ilə əlaqədər olaraq müvəqqəti tədris planı işlənilib. Şagirdlərin sayı və məktəblərin şəraiti nəzərə alınmaqla.  

Firdovsi Aslanov - Şəmkir Rayon Təhsil Şöbəsinin nümayəndəsi: Bir sinifdə şagirdlərin sayı 20-dən çox olduğundan məktəb direktorlarına onlayn şəklində konfarns keçirilib və onlara tapşırılıb ki sıxlıq olan siniflərdə şagirdlər iki yarımqrupa bölünsün və dərs cədvəlləri elə tərtib olunsun ki, sosial məsafələr gözlənilsin.

Bu il Şəmkir rayonunda iki yeni məktəb biansının tikintisi də nəzərdə tutulub. Onlardan biri rayon mərkəzində, digər isə Zəyəm-Cırdaxan kəndində inşa olunacaq.

 

Natiq Hüseyn